• cümə, 29 Mart, 15:15
  • Baku Bakı 14°C

Qoşulmama Hərəkatının XİN rəhbərlərinin iclasına sədrlik Azərbaycana keçdi

23.10.19 10:36 358
Qoşulmama Hərəkatının XİN rəhbərlərinin iclasına sədrlik Azərbaycana keçdi
Qoşulama Hərəkatının Xarici İşlər nazirlərinin (XİN) iclasına sədrlik Azərbaycana keçib.
Trend-in məlumatına görə, Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə iclasa sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.
Sədrliyin Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan təşkilata sədrliyi dövründə qurumun inkişaf etdirilməsi, üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində lazımi fəaliyyət həyata keçirəcək.
banner

Oxşar Xəbərlər