Qorxur ki, bunun axırı yaxşı qurtarmasın
İngiltərə
yığmasının sabiq futbolçusu Qarin Lineker "Yuventus”un oyunçusu Kriştiano
Ronaldonun davranışına münasibət bildirib.
Kaspi.az xəbər
verir ki, Ronaldo "Milan”la qarşılaşmada əvəzlənərkən baş məşqçi Mauritsio
Sarrinin əlinin sıxmaqdan imtina edib. Lineker belə davranışın yaxşı nəticələnməyəcəyini
vurğulayıb:
"Sarri artıq
ikinci dəfə idi ki, Ronaldonu əvəzləyirdi. Kriştianonun yerinə meydana girən
Dibala isə qələbə qolunu vurdu.
Sarrinin möhkəm
xarakterə sahib olduğunu düşünürəm. Qorxuram ki, bunun axırı yaxşı
qurtarmasın”.
"Yuventus” 12
turdan sonra A seriyasında liderlik edir.