• cümə axşamı, 28 mart, 21:04
  • Baku Bakı 13°C

Qondarma “seçkilər” beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

01.04.20 13:15 500
Qondarma “seçkilər” beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır
Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "seçkilər”in heç bir hüquqi əsası yoxdur. Bu "seçkilər” erməni separatizminin əsl mahiyyətini, onun beynəlxalq hüquqa olan münasibətini bir daha ortaya qoyur.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil XəlilovAZƏRTAC-a açıqlamasında beynəlxalq təşkilatların bu məsələyə münasibət bildirməsinin önəmli olduğunu vurğulayaraq deyib: "Azərbaycan tərəfi bununla bağlı öz mövqeyini ortaya qoyub, bu "seçkilər”in etibarsız olduğunu, heç bir hüquqi əsasa malik olmadığını vurğulayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd olundu ki, bu "seçkilər” həm Azərbaycan Konstitusiyasına, həm də BMT Nizamnaməsinə, ATƏT-in Helsinki Yekun Aktına ziddir. Ancaq təəssüflər olsun ki, bu "seçkilər”lə bağlı beynəlxalq təşkilatlar hələ də mövqe sərgiləməyib. Azərbaycanda keçirilən seçkilərlə bağlı ard-arda bəyanatlar verən, açıqlamalar yayan beynəlxalq təşkilatların Qarabağdakı "seçkilər”lə bağlı susqunluğu anlaşılan deyil”.
Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, həm beynəlxalq təşkilatlar, həm də dünyanın aparıcı ölkələri Dağlıq Qarabağdakı qondarma "seçkilər”lə bağlı mövqe ortaya qoymalı, işğalçının bu addımını qınamalıdır. Çünki bu "seçkilər” yalnız Azərbaycan Konstitusiyasına qarşı deyil, həm də ümumilikdə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə ziddir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Düşmən anlamalıdır ki, bu kimi addımlarla nəyəsə nail ola, Qarabağdakı mövcudluğuna hüquqi don geyindirə bilməyəcək.
banner

Oxşar Xəbərlər