• cümə, 29 Mart, 19:31
  • Baku Bakı 14°C

Qolf üzrə “Ryder” Kuboku 2022-ci ildə Romada keçiriləcək

11.10.19 11:30 587
Qolf üzrə “Ryder” Kuboku 2022-ci ildə Romada keçiriləcək
Sayca 44-cü dəfə təşkil olunacaq qolf üzrə "Ryder” Kuboku İtaliyanın paytaxtı Romanın "Marco Simone Golf & Country Club” meydançasında keçiriləcək.
AZƏRTAC"Ryder Cup Europe” komandasının məlumatına əsasən xəbər verir ki, Avropa və ABŞ-ın qolf ulduzları arasında gedəcək mübarizə 2022-ci il sentyabrın 30-da start götürəcək və oktyabrın 2-dək davam edəcək.
"Bu, İtaliyada "Ryder” Kubokunun populyaşdırılması istiqamətində atılan daha bir vacib addımdır. Məqsədimiz yalnız nəhəng bir tədbirə ev sahibliyi etmək deyil, eyni zamanda, idmanın bu növünü ölkəmizdə məşhurlaşdırmaqdır”, - deyə "Ryder Cup 2022” layihəsinin baş direktoru Canpaolo Montali söyləyib.
banner

Oxşar Xəbərlər