Qol vurmayanda anası Ronaldoya nə deyir?
"Real”ın futbolçusu Kriştiano Ronaldo PSJ ilə Çempionlar Liqasındakı
rəqabət barədə danışıb.
Kaspi.az xəbər verir ki, o, meydanı qol vurmadan tərk edərkən,
ailəsinin bu məsələyə necə münasibət göstərdiklərini də açıqlayıb:
"PSJ-nin transfer bazarında fəal olmasına gəlincə, mən bu klubdan
çəkinmirəm. "Real” ÇL-in hazırkı qalibidir və məhz biz bu mövsüm titulumuzu
qoruyacağıq. İkinci il dalbadal. Bu, böyük şərəfdir.
Mənim hansısa oyunda qol vura bilməməyim barədə sual verən insanlara
əsəbiləşmirəm. Ancaq bu sualın evimizdə verilməsi mənə çox qəribə gəlir.
Hansısa oyunda qol vurmayanda anam, oğlum, qardaşım, bacım soruşurlar: "Sənə nə
olub belə?”
Ronaldo bu mövsüm İspaniya çempionatında 7 oyunda cəmi 1 qol vurub.