• cümə, 26 Aprel, 17:09
  • Baku Bakı 23°C

Qobustanda ölümlə nəticələnən yol qəzası olub

03.11.19 13:15 1773
Qobustanda ölümlə nəticələnən yol qəzası olub
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

banner

Oxşar Xəbərlər