• cümə, 19 Aprel, 15:54
  • Baku Bakı 25°C

“Qobu Park-3” kompleksinə məcburi köçkünlərin köçürülməsinə başlanılır

14.08.20 15:15 806
“Qobu Park-3” kompleksinə məcburi köçkünlərin köçürülməsinə başlanılır
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamenti "Qobu Park-3” yaşayış kompleksinə I mərhələdə800məcburi köçkün ailəsinin köçürülməsi işlərinin satınalınması məqsədi ilə təkliflər sorğusu elan edib.
Tenderdə iştirak haqqı100manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini avqustun 28-i, saat 17:00-dək qurumun yerləşdiyi Bakı şəhəri, Tiblisi prospekti, 129 ünvanına təqdim edə bilərlər.
Təkliflərə avqustun 31-i, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Maraqlanan təşkilatlar (012) 430-15-30 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, "Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də3idman meydançası və360yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.
banner

Oxşar Xəbərlər