• cümə, 29 Mart, 10:59
  • Baku Bakı 5°C

QMİ: Ramazanın başlanma tarixi Qazılar Şurasının Fətvasında bəyan ediləcək

29.03.21 15:15 623
QMİ: Ramazanın başlanma tarixi Qazılar Şurasının Fətvasında bəyan ediləcək
Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, yaxın günlərdə QMİ Qazılar Şurasının toplantısı olacaq və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcək.
QMİ-nin Mətbuat XidmətindənAPA-ya verilən məlumata görə, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcək.
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir.

banner

Oxşar Xəbərlər