• cümə axşamı, 28 mart, 16:49
  • Baku Bakı 16°C

“Qızıl Xaç” Azərbaycanda saxlanılan erməni hərbçi ilə görüşüb

01.05.15 07:52 1202
“Qızıl Xaç” Azərbaycanda saxlanılan erməni hərbçi ilə görüşüb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları martın 22-də təmas xəttini keçmiş erməni hərbçiyə baş çəkib.
BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə aprelin 27-də olub. Ona ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.
İ. Hüseynovanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, onların saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.
Qeyd edək ki, martın 22-də 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.

banner

Oxşar Xəbərlər