• cümə axşamı, 25 aprel, 12:48
  • Baku Bakı 23°C

Qızıl top”un sahibi Trampı prezident saymır

17.12.19 15:00 540
Qızıl top”un sahibi Trampı prezident saymır
ABŞ yığmasının üzvü, "Qızıl top” mükafatının sahibi Meqan Rapino Donald Trampla mübahisəsi haqda danışıb.
Kaspi.az xəbər verir ki, Rapino "Tvitter”də ABŞ prezidenti Donald Trasmpla mübahisə etmişdi. Futbolçu Ağ evdən aldığı dəvəti də qəbul etməmişdi. O, Trampı prezident saymadığını da etiraf edib:
"Prezidentlə mübahisəmin belə ajiotaj doğurmasında heç bir məntiq görmürəm. Ağ evdən gələn dvəti qəbul etməməyimə gəldikdə, komanda yoldaşlarım bu məsələdə məni dəstəklədilər və heç bir problem yaşanmadı.
Mənə görə, prezident sosial şəbəkələrdə vətəndaşlarla mübahisə etmir. Mənə görə, prezident yığma komandanın oyunçularını təqib etməməli, vacib oyundan əvvəl onlara təzyiq göstərməməlidir.
Mənə görə, prezident qadına qarşı belə aqressiv olmamalı, öz gücünü göstərməməlidir. Bun görə də o, mənim üçün prezident deyil”.
banner

Oxşar Xəbərlər