• şənbə, 20 Aprel, 02:15
  • Baku Bakı 15°C

“Qızıl top”un qalibi ölkə prezidenti seçildi

12.10.17 10:20 2030
“Qızıl top”un qalibi ölkə prezidenti seçildi
"Çelsi”, "Mançester Siti” və "Milan”ın sabiq futbolçusu, "Qızıl top”un sahibi Corc Vea Liberiyanın prezidenti seçilib.
Kaspi.az xəbər verir ki, prezident seçkilərində Vea əsas rəqibi, vitse-prezident Cozef Bokayanı məğlub edib. 51 yaşlı Vea ilk dəfə Liberiyada 2005-ci ildə keçirilən seçkilərdə iştirak edib.
O, həmin vaxt seçkilərin ikinci turunda 40 faizdən çox səs toplasa da, Elen Conson-Serlifə məğlub olmuşdu. Vea "Qızıl top” mükafatını 1995-ci ildə alıb.
O, 3 dəfə - 1989, 1994, 1995-ci illərdə də Afrikanın ən yaxşı futbolçusu seçilib.
banner

Oxşar Xəbərlər