• cümə, 19 Aprel, 09:27
  • Baku Bakı 13°C

Qızıl niyə ucuzlaşır?

24.09.16 11:21 1967
Qızıl niyə ucuzlaşır?
Amerika fond bazarında Dow Jones indeksi 0,54% - 18392,46 bəndədək, S&P 500 0,65% - 2177,18 bəndədək, NASDAQ 0,84% - 5339,52 bəndədək artıb.Avropa fond bazarlarında FTSE 100 indeksi 1,12% - 6911,40 bəndədək, Almaniya DAX-ı 2,28% - 10674,18 bəndədək, Fransa CAC-40-ı 2,27% - 4509,82 bəndədək bahalaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 6,40 dollar ucuzlaşaraq 1338,30 dollara, gümüş isə 0,22 dollar ucuzlaşaraq 19,88 dollara satılıb. Bəs görəsən qızılın qiyməti niyə düşür? Bu nə vaxtadək davam edəcək? Ümumiyyətlə bu ucuzlaşma Azərbaycandakı qızıl bazarına necə təsir edəcək?
İqtsiadçı-alim Vüqar Bayramov deyir ki, qiymətlərdəki azalmanın əsas səbəbi investorların bazardan öz sərmayəsini çəkməsidir: "Hazırda qızılın qiymətində azalmalar müşahidə olunur. Lakin fikrimcə, bu kəskin azalma demək deyil. Bu azalamalar dünya bazarlarında investorların öz sərmayəsini geri çəkməsi ilə bağlıdır. Bildiyiniz kimi, bu ilin əvvəllərində ABŞ-ın bir sıra tanınmış iş adamları, o cümlədən də Corc Soros qızıl bazarına investisiya yatırdı. Məhz bu investisiyanın nəticəsində sonrakı dövrlərdə qızılın qiymətində artımlar müşahidə olunmağa başaldı. Amma sonra yendiən qiymətlərin stabilləşməsi və müyyən qədər azlması müşahidə olundu. Lakin qeyd edim ki, yenə də qiymətlərdə kəskin azalmanın olduğunu demək doğru deyil”.

V.Bayramovun fikrincə, qiymətlərdəki ucuzlaşma Azərbbaycanın qızıl bazarına da təsirsiz ötüşməyəcək: "Əlbəttə, baş verən proseslər öz növbəsində Azərbaycanın qızıl bazarına da müəyyən təsir göstərəcək. Dünya bazarında qızılın qiymətlərindəki ucuzlaşmalar, digər tərəfdən isə Məhərəmlik ayı başladığı üçün toy və digər şənliklərə fasilə veriləcək. Bütün bunlar qızıla olan tələbin azalmasına gətirib çıxaracaq. Tələbin azalması isə növbəti iki ay ərzində qiymət azalmaları ilə müşahidə ediləcək. Amma hələlik Azərbaycanın qızıl bazarında kəskin qiymət azalmaları ehtimal olunmur. Çünki dünya bazarında qiymətlərdəki ucuzlaşmalar kəskin deyil. Ölkəyə gətirilən qızılın böyük bir qismi əvvəlki dövrlərdə idxal olunduğuna və Azərbaycan qızıla olan tələbatın 90 faizindən çoxunu idxal hesabına ödədiyinə görə, hələlik kəskin qiymət azalmaları gözlənilmir. Bununla belə, növbəti iki ay ərzində qızıl bazarında tələbin azalması və durğunluğun müəyyən qədər qiymət azalamalarına səbəb olacağı proqnozlaşdırılır. Mövcud tendensiya daxilində, əgər dünya bazarında qızılın qiyməti artmazsa, o zaman oktyabr və noyabr aylarında Azərbycan qızıl bazarında qiymət azalmaları proqnoz edilir. Qeyd etdiyim kimi, söhbət kəskin azalmalardan getmir”.
İqtisadçı ekspert Arzu Qafarlının fikrincə, qiymətlərin azalmasının əsas səbəbi son iqtisadi proseslər və qızıla olan tələbatın azalması ilə bağlıdır: "Bir neçə müddətdir ki, dünyada gedən iqtisadi proseslər və qızıla təlabatın azalması ilə bağlı olaraq sözügedən qiymətli metalın qiyməti bazarda hər gün azalmağa doğru gedirdi. Təbii ki, bu ucuzlaşma öz növbəsində bazarlarda müəyyən qədər canlanmaya səbəb oldu. Lakin son iki gündür ki, bazarda qızılın qiyməti 50 qəpik artmağa başladı. Bu artım dünya birjalarında da müşahidə olunub. Ümumiyyətlə dünyada gedən iqtisadi proseslerə görə qızılın qiyməti tez-tez dəyişir. Müxtəlif səbəblərdən dolayı, qiymətlər stabil olaraq qalmır. Azərbaycan bazarına gəldikdə isə, yaxın günlərdə qiymətlərin aşağı düşməsi deyil, artacağını gözləmək olar”.
Ekspert deyir ki, qiymətlərdə müşahidə olunan azalmalar alıcılar üçün fürsət olub: "Qiymətlərin ucuzlaşması bu işlə məşğul olanlara sərf etmir. Amma qısamüddətli olsa belə, bu ucuzlaşma alıcılar üçün çox əlverişli olub. Buna görə də qızıl bazarında az da olsa canlanma müşahidə edilir. Çünki alıcılar qiymətlərin yaxın günlərdə yenidən qalxa biləcəyini ehtimal edirlər. Ona görə də onlar əllərinə düşən bu "şansı” lazımıca dəyərləndirməyə çalışırlar. Lain dünya bazarında qiymətlərin yenidən qalxacağı da istisna deyil. Ona görə də qiymətlərin düşmə ehtimalı çox azdır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər