• çərşənbə axşamı, 23 aprel, 10:39
  • Baku Bakı 20°C

“Qızıl Məryəm”i qətlə yetirənlərin cəzası azaldılmayıb

17.01.17 10:45 1025
“Qızıl Məryəm”i qətlə yetirənlərin cəzası azaldılmayıb
Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirmiş Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.
APA-nın məlumatına görə, məhkəmə şikayətləri təmin etməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Hüseynova 18 il, Ceyhun Əsgərov 19 il, Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər.
Ötən ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı "Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.
banner

Oxşar Xəbərlər