• cümə, 29 Mart, 08:56
  • Baku Bakı 5°C

Qışda ondan qurtulmaq istəyirlər

29.10.19 11:07 889
Qışda ondan qurtulmaq istəyirlər
"Real” rəhbərliyi ilə Qaret Beylin münasibətləri heç cür qaydasına düşmür.
Uelsli futbolçu yayda komandanı tərk etmək istəsə də, çinlilərlə danışıqlardan son anda imtina edərək Madriddə qalmağa üstünlük verdi. Kaspi.az xəbər verir ki, klub rəhbərliyi Beyldən qışda qurtulmağı planlaşdırır.
Məlumata görə, Beylin münasibətləri təkcə klub rəhbərliyi ilə yox, həm də baş məşqçi Zinəddin Zidanla da gərgindir. Zizu onu "Brügge” ilə oyunda iştirak ərizəsinə salmamışdı. Baxmayaraq ki, Beyl oynamağa tam hazır olduğunu bildirmişdi.
Artıq bu gərginlik klub rəhbərliyini qəti addım atmağa vadar edir. Bosslar qışda onu satmağı planlaşdırırlar. Bir müddət əvvəl Zidan şəxsi işlərinə görə vətəninə getməyə Beylə icazə vermişdi. Məlum olmuşdu ki, Qaret həmin vaxt agenti ilə görüşüb.
Beylin müqaviləsi 2022-ci ilin yayında bitir.
banner

Oxşar Xəbərlər