• cümə, 26 Aprel, 01:11
  • Baku Bakı 16°C

Qışda bazara çıxacaqlar, türkə görə

02.12.19 15:15 612
Qışda bazara çıxacaqlar, türkə görə
"Mançester Siti” qış transfer pəncərəsi açılan kimi bazarda fəallıq göstərməyi planlaşdırır.
Kaspi.az xəbər verir ki, "Siti” rəhbərliyi mərkəz müdafiəçisi transfer etməyi düşünür. Vsenti Kompaninin gedişindən, Emerik Lyaportun isə ciddi zədə almasından sonra Qvardiolanın sərəncamında mərkəz müdafiəçisi mövqeyində oynayacaq yalnız 3 futbolçu – Nikolas Otamendi, Con Stounz və Fernandino qalıb.
Buna görə də "şəhərlilər”in əsas hədəfi bu mövqeyə futbolçu transfer etməkdir. "Mançester Siti” Lesterin türk futbolçusu Çağlar Söyünçüyə göz dikib. Qvardiola türk futbolçunun fiziki görkəmini və topla əla rəftarını bəyəndiyi üçün onun transfer edilməsini istəyir.
banner

Oxşar Xəbərlər