Qırmızı Xoruz “banı” kimə nə vəd edir?
Artıq Meymun ilini yola
salmağa hazırlaşırıq. Bu il bəziləri üçün düşərli, bəziləri üçünsə o qədər də
uğurlu il keçmədi. İndi insanlar qarşıdan gələn Xoruz ilinin planlarını qurur,
arzularının 2017-ci ildə gerçəkləşəcəyinə inanırlar. Bir çoxları isə ilin onlara
nə vəd edəcəyini əvvəlcədən müəyyənləşdirmək üçün qoroskopla maraqlanır,
astroloqların illə bağlı proqnozlarını axtarırlar. Elə biz də insanların bu
marağını nəzərə alıb, tanınmış astroloq Səbuhi Rəhimliyə müraciət etdik.
Xoruz ili yanvarın 28-də
saat 04:06-da "banlayacaq”
Səbuhi bəy bizimlə söhbətində qeyd etdi ki, Xoruz ili yanvarın 28-də
Bakı vaxtı ilə səhər saat 04:06-da başalayacaq: "Qeyd etdiyim vaxta qədər Meymun ilinin əhatəsində
olacağıq. Xoruz ilində Meymun ilinin törətdikləri problemlərin həlli ilə məşğul
olacağıq. Meymun ili hər zaman ağır, müəmmalı, bir az da qıtlıq dövrü kimi xarakterizə olunur. Xoruz ili isə siyasi
il sayılır. Astrologiyada cəmi 3 il siyasi il hesab olunur ki, Xoruz ili
onların lap önündə gəlir. Dünyanın ahənginin dəyişməsi, baş verən proseslərin
tamamlanması üçün Xoruz illərindən hər zaman istifadə olunub”.
Astroloq vurğuladı ki, Meymun ili ilə Xoruz ilinin fərqi birincidə müəmmalı hadisələrin
çox olmasıdır. Həmin ildə yeknəsəqlik,
insanları yoran, doğru-dürüst olmayan hadisələrə geniş meydan verilir:
"Meymun ili oyunbaz, oyunu sevən ildir. Bu
il dünyada və ölkəmizdə sona çatmayan,
insan ümidinin yönələ bilməyəcəyi dövrü
yaşadıq. Ancaq üzümüzə gələn ildə isə hər şey başqa cür olacaq. Xoruz ilində
işlər tez həll olunacaq. Tarixə nəzər salsaq, görərik ki, bu ildə müharibələr qurtarıb”.
6 bürc üçün daha şanslı
dövrdür
Hər ilin aparıcı bürcləri
olur. Bu ilin də aparıcı bürcləri var. S.Rəhimli deyir ki, Oğlaq, Sutökən
(Dolça) bürcü ilin aparıcı bürcləridir. Onların ardınca torpaq və hava ünsürləri gəlir: "Torpaq ünsürlülər
Buğa, Qız və Oğlaq bürcləridir. Hava
ünsürləri isə Əkizlər və Tərəzi bürcüdür. Bu il 6 bürc üçün daha şanslı
dövrdür. İllərə gəlincə, astrologiyada hər ilin dostluq üçbucağı deyilən tendensiyası var. Xoruz
ilinin dostları Öküz və İlan illərdir. Xoruz ili Öküz və İlan illərində
doğulanlar üçün daha şanlı dövr olacaq”.
Çin astrologiyasına əsasən, ümumilikdə, gələn il gözlənilməz
görüşlərlə, səfərlər və parlaq hadisələrlə zəngin olacaq. Yeni insanlarla
tanışlıq isə hər birimizin taleyinə çox böyük təsir göstərəcək.
Qoçların şəxsi həyatı çox uğurlu keçəcək
Od ünsürü olan qoçları
gələn il harmoniya və qarşılıqlı anlaşma gözləyir. Onların şəxsi həyatı çox
uğurlu keçəcək. 2017-ci il ciddi əlaqələrin olması və nikaha daxil olmaq
baxımdan ideal zamandır. Amma yeni romantik tanışlıqların fonunda qoçlara
sağlamlığına və öz zahirinə böyük diqqət ayırmaq da məsləhət görülür.
Buğalar maraqsız il yaşayacaqlar
Bu bürcün nümayəndələrinin
şəxsi həyatı isə 2017-ci ildə kifayət qədər sabit və maraqsız keçəcək. Buğalar
üçün intriqalı görüşlər və çoxlu yeni tanışlıqları gözlənilir, amma onların
hamısı yalnız ötəri hisslər olacaq. Odur ki, buğalar Xoruz ilinə sevgi
cəbhəsində yeni zirvələr qazanmaq üçün gözəl fasilə kimi baxa bilərlər. Onlar
üçün bu sahədə kəskin dəyişikliyi gələn ilə saxlayaq.
Əkizlər ayrılıqla qovuşuğun arasında qalacaqlar
Şəxsi
həyatdakı uğursuzluqlar əkizlərin əvvəlcə qanını qaraldacaq. Qırmızı Xoruz ili
onlar üçün ayrılıq və itki ilə başlayacaq. Lakin sonda baş vermiş dəyişikliklər
onların yalnız xeyrinə olacaq. Bir çox əkizlər ikinci yarına məhz 2017-ci ildə
rast gələcək.
Xərçənglə Xoruz arasında sərt qarşıdurma olacaq
İlin əvvəlində su ünsürü
olan Xərçənglərlə alovlu Xoruzu ili arasında sərt qarşıdurma olacaq. Və gələn
ili onlar müdafiə mövqeyində keçirməli olacaqlar. Çünki bu bürcün
nümayəndələrinin bir çoxunun münasibətləri ayrılıq ilə nəticələnəcək. Ona görə
də xərçənglər üçün artıq mövcud olan münasibətləri qoruyub-saxlanmaq daha
mühümdür. Amma payıza qədər hər şey sakitləşəcək və şəxsi həyatda coşqun sevgi
məcrası yenidən əvvəlki vəziyyətinə qayıdacaq.
Şirlər üçün sevginin tam hakimiyyəti
Əzəmətli şirlər zəhlətökən
pərəstişkarlarının görüş təklifləri və hədiyyələrindən təkəbbürlə imtina edəcəklər.
Bütövlükdə şirlər üçün Xoruz ili sevginin tam hakimiyyəti altında keçəcək. Yeri
gəlmişkən, sevgi qurbanları da çox olacaq. Amma şirlər üçün şəxsi həyatında çox
vacib mövqeləri olan insanları qoruyub saxlamaq daha əhəmiyyətli olacaq.
Qızlar məhəbbətin döyüş meydanlarında axtarışa
çıxmayacaqlar
Torpaq ünsürü olan bu
bürcün nümayəndələri üçün sədaqət və vəfa, aldadıcı tanışlıq və həyəcanlı
macəralar daha vacibdir. Güclü və özünə inamlı qızlar gələn il məhəbbətin döyüş
meydanlarında öz statusunu təsdiqlənmək üçün axtarışa çıxmayacaqlar. Artıq
yaranmış əlaqələrin inkişafı, dərinləşməsi və qorunması onlar üçün daha önəmli
olacaq.
Tərəzilər Xoruzun qanadları altında himayə
olunacaqlar
Təmkinli və sakit tərəzilər
gələn il hamını təəccübləndirəcək. Daim nəzarət altında olan emosiyalar
azadlığa çıxacaq. Onlar Xoruzun qanadları altında himayə olunacaq, həmçinin əks
cinsin nümayəndələrinin başını döndərəcəklər. Əksər tərəzilər növbəti 12 ay
ərzində əvvəlki münasibətlərinə son qoyacaq və dərhal yenilərinə başlayacaqlar,
daha möhkəm və uzunömürlü əsaslarla.
Əqrəb şəxsi həyatda yenilik baş verməsini
istəyirsə...
Bu bürcün nümayəndələrinin
mürəkkəb xarakteri məhəbbət aləmində onlara gələn il hər vəchlə mane olacaq.
Onların özünü yüksək qiymətləndirməsi və eqosentrizmi yeni tanışlarını qorxuda
bilər. Odur ki, əgər Əqrəb şəxsi həyatda yenilik baş verməsini istəyirrsə, ilk
növbədə özünü dəyişdirməlidir. Bağışlamağı, qüsurları aradan qaldırmağı
öyrənməli, eyni zamanda təmkin və diplomatik hərəkət etməlidir.
Oxatanların parlaq yaradıcılıq təbiəti özünün
göstərəcək
Gələn il oxatanlar üçün
şəxsi münasibətlər baxımdan yüksək səviyyədə keçəcək. Sevgi sahəsi onlar üçün
həm təsadüfi və qısamüddətli romanlar, həm də ağrılı ayrılıqlarla əlamətdar
olacaq. Onların parlaq yaradıcılıq təbiəti Xoruz ilində özünü qaynar və coşqun
şəkildə göstərəcək. Xüsusi ilə sənət nümayəndələrinin şəxsi həyatı dolu
keçəcək.
Oğlaq üçün romantik qələbələr ili
Digər bürclərlə müqayisədə
ziyalı və ağıllı oğlaqlara heç də asan olmayacaq. Xoruz ilində oğlaqlar şəxsi
həyatın uğurlu alınması üçün öz zahiri görkəminə diqqət ayırmalı olacaq.
Effektli zahiri görünüş onların ləyaqət və məziyyətlərini qabardacaq.
Xərclədiyi səylər əbəs yerə getməyəcək, 2017-ci il maraqlı tanışlıqlar və
romantik qələbələri ili kimi yekunlaşacaq.
Dolçalar, sevgili axtarışlarına çıxın
Onlar gələn ili ailənin
himayəsi altında keçirəcəklər. Dolça bürcləri arasında ailə quran və ana olmağa
hazırlaşanlar üstünlük təşkil edəcək. Amma onların nailiyyətləri ciddi
münasibətlər axtarışları sayəsində reallaşacaq. Fəallıq və ünsiyyət dolçalara
yeni sevgi əlaqələri qurmaq, eləcə də ili ağrısız bitirməkdə yardımçı olacaq. Odur
ki, ailə qurmaq üçün sevgili axtarışlarına çıxın.
Balıqların şəxsi həyatında heyrətamiz dəyişikliklər
baş verəcək
Soyuq balıqlar gələn il öz
dünyalarını təzə və parlaq boyalarla bəzəməyə gözəl imkanlar qazanacaqlar.
Onların şəxsi həyatında heyrətamiz dəyişikliklər baş verəcək. Bu bürclərin
həyatlarını tamamilə dəyişən gözlənilməz görüşlərin yay aylarına təsadüf etməsi
proqnozlaşdırılır. Qırmızı Xoruzu ilində bir çox balıqlar özlərinə qətiyyən
oxşamayan, ancaq ideal tərəf müqabili ilə tanış olacaqlar.
Maya
təqvimi - bürclər arasında ziddiyyət daha geniş vüsət alacaq
Mayalıların gələcəyə dair çin çıxmış bir çox proqnozları və
astrologiya elmi barədə bilgiləri hər zaman diqqət mərkəzində olub. Maya
təqviminə əsasən bu il bürclər arasında ziddiyyət daha geniş vüsət alır. Maya
təqviminə görə, bürclərlə bağlı proqnozlara ayrı-ayrılıqda nəzər salaq:
Qoç
(21 mart-19 aprel) - İstirahət haqqı qazandınız. Bundan öncəki
"Həyat mübarizədir" devizi altında keçən iki çətin ildən sonra hər
şey geridə qaldı. Zəhmətinizin bəhrəsini görmək zamanı gəldi. Hər şey heç də
ayaq altına xalı kimi sərilməyəcək. İstədiyinizi almaq üçün səy
göstərməlisiniz. Diqqətli olun!
Buğa
(20 aprel-20 may) - Həyatdan zövq almaq zamanı gəldi. Meymun ilinin
uğursuzluqları geridə qaldı . Hər şey yağ kimi olmayacaq, amma çəkdiyiniz
əziyyətlərin kompensasiyasını alacaqsınız. 3 il ardıcıl həyatdan həzz almaq
şansınız var.
Əkizlər
(21 may-20 iyun) - Pozitiv zaman. Xoruz ili gözəl başlayacaq. Əkizlər
üçün hər mənada pozitiv il olacaq. Onlar havada möcüzə hiss edəcəklər. Növbəti
4 il sizin iliniz olacaq.
Xərçəng
(21 iyun-22 iyul) - Qara zolağa əlvida. Fortuna sizi maraqlı insanlarla
qarşılaşdıracaq. Sonda onlar sizin sadiq dostlarınız olacaq. Bu insanlar
xərçənglərin şəxsiyyət kimi yetişməsində mühüm rol oynayacaqlar. Bəzi
xərçənglər çiyinlərindəki ağır yükdən azad olmaq istəyəcəklər. Növbəti 3 il
uğurlu olacaq.
Şir
(23 iyul-22 avqust) - Hər şey ovcunun içinə düşəcək. Şirlər hər şeyi
həyatdan dişləri, dırnaqları ilə qazanmağa adət ediblər. Bu dəfə hər şeyin
rahat-rahat ovuclarına düşməsinə heyrət edəcəklər. Tale şirlərə sonu gözəl
bitən təsadüflər bəxş edəcək. 2017 uğur ili olacaq.
Qız
(23 avqust-22 sentyabr) - Qətiyyətli ol, sınaqlardan qalib çıx. İlin
əvvəlindən qərarlı olmalısan. İl sənə çoxlu imtahanlar hazırlayıb. Bu
imtahanları vermək üçün hiyləgər taktika seçməlisən. Qətiyyətli ol və maneələri
dəf et.
Tərəzi
(23 sentyabr-22 oktyabr) - İstənilən tapşırığın öhdəsindən gələ
bilərsiniz. Tale sizə bir çox şanslar bəxş edəcək. Yapışdığınız bir layihənin
öhdəsindən qətiyyət sayəsində gələcəksiniz. Bu ildə sizi inanılmaz inkişaf
gözləyir.
Əqrəb(23 oktyabr-21 noyabr) - Böyük dəyişikliklərin ərəfəsindəsiniz. Bu ildən
sonra həyatınızda iki mərhələ yaranacaq. Əqrəblər sıxıcı işləri, köhnə
həmkarları geridə qoymaq istəyəcəklər. Həyata baxışınız dəyişəcək. Növbəti 3
ildə böyük pullar gələcək.
Oxatan
(22 noyabr-21 dekabr) - Çox perspektivli ildir. Bu bürcün nikbinliyi və
güclü energetikası böyük perspektiv yaradacaq. Onlar problemlərə kənardan baxa
bilib, rahatca həll yolları tapacaqlar. Xoruz ili çoxlu şən anlar bəxş edəcək.
Bu anlar gələcəyinizi dəyişəcək.
Oğlaq
(22 dekabr-19 yanvar) - Özünüzlə məşğul olmaq zamanıdır. Əvvəlcə özünüzü
təkmilləşdirin. Baxışlarınız dəyişdikcə dünya da dəyişəcək. Problemləriniz
gözünüzdə kiçiləcək, ən kiçik şeylərdən xoşbəxt olmağı öyrənəcəksiniz. Bütün
əngəlləri bir-bir aşmaq zamanıdır.
Dolça
(20 yanvar-18 fevral) – Bu il dolçaların ilidir. Xoruz ili ruhən Dolçaya
yaxındır. Dolçalar yaradıcı təbiətlidirlər, onlar özlərini əziyyətə salmayan,
çətinlikdən qaçan insanlardır. Dolça erasının ərəfəsində olduğumuz üçün onlara öz
imkanlarını nümayiş etdirmək şansı yaranacaq. Həyatınızın ən gözəl ili gəlir.
Balıq
(19 fevral-20 mart) - Bu il balıqlar üçün önəmli olacaq Ömrünüzdə 10
il sürən durğunluq başa çatacaq. Balıqlar yeni enerji ilə həyata sarılacaqlar.
İl ərzində hər şeyə sinə gərə biləcəksiniz