• çərşənbə axşamı, 23 aprel, 16:41
  • Baku Bakı 24°C

Qırğızıstanda koronavirusa yoluxanların sayı 5 minə yaxınlaşır

28.06.20 21:30 613
Qırğızıstanda koronavirusa yoluxanların sayı 5 minə yaxınlaşır
Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 235 nəfər yoluxub.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bu barədə koronavirus infeksiyasına qarşı mübarizə üzrə Respublika Qərargahından bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 748 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 1 nəfər ölüb, 30 nəfər sağalıb, ölənlərin ümumi sayı 47 nəfər, sağalananların ümumi sayı isə 2 242 nəfərdir.
banner

Oxşar Xəbərlər