• cümə, 29 Mart, 05:05
  • Baku Bakı 7°C

Qırğızıstan portalında “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması barədə məqalə yayılıb

16.09.17 09:25 1357
Qırğızıstan portalında “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması barədə məqalə yayılıb
Qırğızıstanın ca-news portalı Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması haqqında geniş məqalə yayıb.
Məqalədə bildirilir ki, Azərbaycan və beynəlxalq konsorsium bu yataqların birgə işlənməsi ilə bağlı sazişi 2050-ci ilə qədər uzadıb.
Yeni sazişdə SOCAR-ın payı 11,65 faizdən 25 faizə qaldırılıb. Azərbaycan Dövlət Neft Fondu 3,6 milyard dollar həcmində bonus alacaq.
Məqalədə 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi” haqqında da söhbət açılır. Vurğulanır ki ,bu müqavilənin imzalanması həmin dövrdə Azərbaycan Prezidenti olmuş Heydər Əliyevin qətiyyəti sayəsində baş tutub.
banner

Oxşar Xəbərlər