• cümə axşamı, 28 mart, 13:27
  • Baku Bakı 16°C

Qırğızıstan portalı erməni cəllad Levon Mirzoyanın türkdilli xalqlara qarşı qəddarlığından yazır

17.06.17 20:30 742
Qırğızıstan portalı erməni cəllad Levon Mirzoyanın türkdilli xalqlara qarşı qəddarlığından yazır
Qırğızıstanın "Goldenbridgenews” portalı rus dilində "Levon Mirzoyan: İki xalqın cəlladı Azərbaycanda və Qazaxıstanda hakimiyyətin yüksək pilləsinə necə çatdı” sərlövhəli geniş məqalə yayıb.
Məqalədə bildirilir ki, XX yüzilliyin əvvəllərində erməni daşnaklarının qanlı qırğınları nəticəsində ancaq Azərbaycan xalqının deyil, digər türkdilli xalqların nümayəndələri də öldürülüb, sürgün edilib. Mirzoyan 1918-ci ildə Azərbaycanda qanlı mart qırğınlarında fəal iştirak edib. 1926-1929-cu illərdə Azərbaycan KP MK-nin birinci katibi vəzifəsində işləyən Mirzoyan türkdilli xalqlara qarşı amansız terrorçuluq əməlləri törədib. Bir müddət Perm şəhərinə işlədikdən sonra Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə gətirilib. O, Qazaxıstanda öz məkrli planlarından əl çəkməyib, qazaxların kütləvi qırılmasına əmr verib.
Məqalədə "Kontinent-A” Regional Problemlərin Öyrənilməsi Mərkəzinin rəylərindən də istifadə edilib. Mərkəzin tədqiqatlarında deyilir ki, 1930-cu illərdə 5 milyon qazax məhv edilib və ya aclıqdan ölüb ki, bu da o zaman bu ölkədə yaşayan qazaxların yarısından çoxunu təşkil edir. L.Mirzoyan tanınmış qazax ədibləri Saken Seyfullin, Maqjan Jumabaev, Axmet Bayturısnov və digər bu kimi minlərlə insanı məhv edib. 1936-1938-ci illərdə 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib.
banner

Oxşar Xəbərlər