AZE | RUS | ENG |


Qeyri-neft məhsullarının ixracının təşviqi mexanizmi konkret nəticələr verir

Qeyri-neft məhsullarının ixracının təşviqi mexanizmi konkret nəticələr verir
Qeyri-neft məhsullarının ixracı zamanı edilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində 2017-ci ilin əvvəlindən azərbaycanlı ixracatçılara 2 milyon manata yaxın vəsait qaytarılıb.

Bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, bu mexanizm ixracyönümlü istehsalçıların çoxalmasına gətirib çıxarıb: "Bu mexanizm artıq səmərə verir. Ötən ilin oktyabrında ixracatçılara məhsulun gömrük dəyərinin 3-6 faizinin qaytarılması mexanizminin tətbiq olunmasından sonra bizə çoxlu sayda müraciət daxil olub. Bu ilin ilk 6 ayı ərzində ixrac 36 faiz, o cümlədən qeyri-neft məhsullarının ixracı 27 faiz artıb”.

O qeyd edib ki, ixracatçılar tərəfindən həmçinin, yeni bazarların öyrənilməsi ilə bağlı müraciətlər daxil olur, bu isə gələcəkdə Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirməyə imkan verəcək: "Bizə müraciət edən istehsalçılar arasında Azərbaycan üçün qeyri-ənənəvi hesab edilən, eləcə də tamamilə yeni sahələrin öyrənilməsi niyyətində olanlar da var. Məsələn, son vaxtlar Afrika bazarını öyrənmək üçün müraciətlərin sayı artıb”.

Y.Abdullayev onu da vurğulayıb ki, "Made in Azerbaijan” brendinin təşviq edilməsi çərçivəsində böyük hava limanlarının "Duty Free” mağazalarında, eləcə də böyük ticarət şəbəkələrinin mağazalarında Azərbaycan məhsullarının olduğu rəflərin yaradılması işləri davam edir: "Bu proses müəyyən vaxt aparacaq, çünki biz bu mağazalara geniş çeşidli məhsullarla çıxmaq istəyirik. Yaxın zamanlarda biz Azərbaycana qonşu ölkələrin hava limanlarının "Duty Free” mağazalarında rəfləri yerləşdirməyi planlaşdırırıq. Çünki bu ölkələrdə artıq bizim məhsulları tanıyırlar. İlin sonunadək biz konkret nəticələr görəcəyik”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6298
GBP 1 İngilis funt sterlinqi 2.2523
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6294
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9959
CHF 1 İsveçrə frankı 1.7121
USD 1 ABŞ dolları 1.7002