AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qeybətlə gündəmə gələnlər

Qeybətlə gündəmə gələnlər

Təfsilat
16 İyul 2020, 18:27 348
Milli Şurada olduğu kimi AXCP-nin ali qurumlarında da iclaslar lağ-lağı, dedi-qodu şəraitində keçir

İndiyə qədər hər hansı uğuru, ağıllı təşəbbüs və təklifi, milli-dövlətçilik maraqlarına xidmət edən siyasi bəyanatı ilə yadda qalmayan Milli Şura "xüsusi əhəmiyyətli”, əsasən qeybətxana şousunu xatırladan videokonfransları ilə gündəmə gəlir. Belə "iclaslarda” antimilli dərnək üzvləri hökumətə "ilişmək” üçün özlərindən problem – mövzu uydurur, beləliklə, qaşınmayan yerdən qan çıxarmağa çalışır, qaraguruhçuluq edirlər. Xatırlayırsınızsa, ötən ay Milli Şuranın"zoom konfrans”ında Koordinasiya Mərkəzinin və AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli bekarçılıq olmasın deyə, təklif etmişdi ki, hökumətdən karantinə görə 300 deyil, bu dəfə 500 manat tələb olunsun. O, özü də bunun qeyri-real təklif olduğunu və reallaşmasının mümkünsüzlüyünü etiraf etmişdi. Lakin görüntü üçün bunu dilə gətirməyin zəruriliyini vurğulamışdı ki, xalq Milli Şuranın guya onların qayğısını çəkdiyini, qeydinə qaldığını görsün. Onun bu təklifiMilli Şura üzvü, vaxtilə nəşr olunan "Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev tərəfindən dərhal dəstəkləndi, hətta qurumun bu xüsusda bəyanatla çıxış etməsizəruri sayıldı. Bunun ardınca Fransada məskunlaşan Qənimət Zahidov, Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli R.Hacıyev və qurumun digər üzvlərinin keçəl olması, onlardan hansının daha "simpatiçni” görünməsi ətrafında müzakirə açmışdılar. Bu cür "səmərəli” müzakirənin sonuna Q.Zahidov "bizim işimiz hökuməti şərləməkdir”, - deyərək nöqtə qoymuşdu. 

Özünü Milli Şura adlandıran qrumun Amerikada yaşayan sədri Cəmil Həsənli də öz əqidədaşlarından geri qalmayaraq, bir müddət öncə Azərbaycanda olan müxalifət düşərgəsinin digər nümayəndələrini aşağılamaqla "ad çıxarmış”, onları "tryapka” adlandırmışdı. Beləliklə də, özlərini demokrat adlandıranların qeyri-demokratikliyi, əks fikrə qarşı dözümsüzlüyü, yalnız öz dediklərini həqiqət saymaları, bir növ diktatorsayağı xarakterləri növbəti dəfə nümayiş olunmuşdu. Həmin vaxt müxalifət nümayəndələrinin C.Həsənliyə cavabı özünü çox da gözlətmədi və ona qarşı sərt etirazlar bildirildi. Lakin müxalifət nümayəndələrinin etirazlarını əhəmiyyətsiz hesab edən C.Həsənli Q.Zahidin "Youtube” kanalında canlı yayım vaxtı yenidən Azərbaycanın müxalifət nümayəndələrini aşağılayıb, onları "cib müxalifəti” adlandırmışdı. C.Həsənli bir qədər də irəli gedərək, təhqirin "dozası”nı artırmış və "cib müxalifəti” dediyi şəxsləri əkin-biçin zamanı yuvalarından çıxan siçovullara bənzətmişdi. Bu "tapıntı”ya C.Həsənli və Q.Zahid ürəkdən xeyli gülmüşdülər. 

Milli Şuranın Koordinasiya Mərkəzinin keçirdiyi videokonfransdan yayılan növbəti görüntüdə C.Həsənli və ətrafı bir qədər fərqli mövzuda müzakirə açmışdılar. Belə ki, antimilli təşkilat üzvləri bu dəfə R.Hacıyevin AXCP sədri Əli Kərimlini "zəmanəmizin Rəsulzadəsi” adlandırmasını müzakirəyə çıxarmışdılar. Milli Şura sədri C.Həsənli, eləcə də qurumun üzvlərindən Vidadi Mirkamal, G.Hacıbəyli bunu ironiya ilə qarşılayaraq, etiraz etmişdilər. Qeyd olunmuşdu ki, aparılan mübarizənin yalnız AXCP və onun sədri ilə əlaqələndirilməsi yolverilməzdir və R.Hacıyevin belə fikirləri insanları iyrəndirir.Mübahisələrin qızışdığı məqamda  Q.Zahid ironiya ilə "Yaxşı bəylər, Topçubaşov. Allah xeyir versin” replikasını ataraq, AXCP sədrini bu dəfə Demokratik Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi, parlamentin sədri Əlimərdan bəy Topçubaşova bənzətmişdi. Daha sonra Q.Zahid bildirmişdi ki, Ə.Kərimli ətrafında şiddət və sair bu kimi hallar artırılmalıdır. Onun sözlərinə görə, belə şişirdilmiş vəziyyət, yəni AXCP sədrinin "blokadası” ətrafındakılar üçün qoruyucu xətt olmalıdır. Bu şiddətin saxlanılması, təbliğatın aparılması Ə.Kərimliyə, Milli Şuraya, AXCP-yə siyasi qazanc gətirir, təmsil olunduqları düşərgənin reytinqini artırır. 

Bu dəfə isə AXCP üzvlərinin qeybət şousu riyakarlıq, daxili intriqa biyabırçılığı, trolluq, pul mənimsəmə və digər məsələlərlə yadda qalıb. Əvvəlcə onu qeyd edək ki, cəbhəçilərlə eyni fikirdə olmayan, sosial şəbəkələrdəki real profilindən müstəqil mövqeyini bildirən şəxsləri Ə.Kərimlinin zonbi sürüsü daim təhqir edib, onları trol adlandırıb, mənəvi terrora məruz qoyub. Lakin cəbhəçilər arasında gedən söhbətdə özləri öz əməllərini ifşa edib, saxtakarlıqla, trolluqla məşğul olduqlarını etiraf ediblər. Misal üçün, cəbhəçilərdən biri 17 nəfərə 180 "Facebook” profili işlətdiklərini etiraf edib. Bəxtiyar İmanov AXCP Gənclər komitəsinin sədri Emil Səlimovun"qrubıy” adam olduğunu, özünü baş nazir kimi apardığını, nişanlanandan sonra başının qıza qarışdığını, gənc üzvlərlə işləmədiyini, vəziyyətin xaotik olduğunu qeyd edib. Müzakirələrin gedişində cəbhəçilər təşkilat daxilində qruplaşmaların olduğunu söyləyiblər. Buyurun, bu da cəbhəçilərin ən ali qurumlarının rəhbər üzvlərinin düşüncələri: "Qruplaşmalar var, Nicatgil bir tərəfdən, Cabbargil bir tərəfdən, Məhəmməd İmanlı bir tərəfdən. Akif də Binəqədi şöbəsin dağıtdı. Sən danışanda Əli Kərimlini fitvala ki, Emil işləmir. ...Seymur Həzi də, Fuad Qəhrəmanlı da qələt eləyir başını daşa döyür. Mənim adım olandan sonra hamısı qələt edir, hamısının yaralı yerləri, zibil işləri var, başları daşa dəyib, xəbərdaram olanlardan. ...Sənə qardaşın bir şey öyrətsin də, pul yığmaq istəyəndə Əlizaminin ailəsinə dəyməyə gedilir, bazarlıq olunacaq deyin, o adla istəyin ki versinlər”.

Bütün bu sadalanan faktlar özlərini demokrat adlandıranların hansı amalda, səviyyədə olduqlarını açıq şəkildə ortaya qoyur. Ona görə də antimilli dərnək üzvlərinin bu davranışları sosial şəbəkədə davamlı tənqid, lağ-lağı obyektinə çevrilir. Azərbaycan cəmiyyətinə ağıl verib demokratiya dərsi keçmək istəyənlərin özlərinin ağıla ehtiyacının olduğu, həmçinin Milli Şuranın, eləcə də cəbhəçi gənclərin iclaslarının ciddi müzakirə meydanı deyil, qeybətxana şousu olduğu qeyd edilir.

Alpər TURAN