• şənbə, 20 Aprel, 05:51
  • Baku Bakı 15°C

Qətərə görə FİFA-ya müraciət edildi

27.09.17 13:10 1113
Qətərə görə FİFA-ya müraciət edildi
"Sərhədisz reportyorlar” təşkilatı (Human Rights Watch) 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qətərin qarşısında tələb qoyub.
Kaspi.az xəbər verir ki, təşkilatın tələbi mundial üçün tikilən stadionlarda işləyən immiqrantlarla bağlıdır. "Sərhədisz reportyorlar” onların həyatlarının təhlükəsizliyini təmin etmək üçün Qətər hakimiyyətindən qanun qəbul etməyi tələb edir.
Təşkilat həm də tələb edib ki, stadionların tikintisi zamanı həlak olan fəhlələrlə bağlı da araşdırma aparılsın. "Sərhədisz reportyorlar” Qətər hakimiyyətinə təsir etmək üçün FİFA-ya və dünya çempionatının sponsorlarına da müraciət edib.
Təşkilatın hesabatında bildirilir ki, 2015-ci ilin oktyabrından 2017-ci ilin iyuluna qədər stadionların tikintisində onlarla fəhlə həyatını itirib.
banner

Oxşar Xəbərlər