• cümə axşamı, 28 mart, 17:07
  • Baku Bakı 16°C

Qətər DÇ-2022-yə hər həftə yarım milyon dollar vəsait xərcləyir

09.02.17 11:10 888
Qətər DÇ-2022-yə hər həftə yarım milyon dollar vəsait xərcləyir
Qətərin maliyyə naziri Əli Şərif əl-Emadi ölkənin futbol üzrə 2022-ci il dünya çempionatına hazırlıq üçün hər həftə nə qədər vəsait sərf etdiyini açıqlayıb.
"Report" "IOL" nəşrinə istinadən xəbər verir ki, nazir ölkəsinin hazırlıq işlərinə hər həftə yarımmilyon dollar pul xərclədiyini bildirib.
"Biz ölkəni 2022-ci ilə hazırlamaq üçün hər həftə 500 min dollar xərcləyirik. Qətər öz məqsədinə çatmaq istəyir, ona görə də, hələ üç-dörd il ərzində belə vəsaitlər xərclənəcək. Bu, təkcə stadionlar üçün deyil. Hazırda hava və dəniz limanları, dəmir yolları, xəstəxanalar tikilir. Qətərin qonaqlarının özlərini burada rahat hiss etmələri üçün hər şey edilir. Bütövlükdə ölkəyə 200 milyard dollar lazımdır", - deyə nazir əlavə edib.
Qətər 2022-ci il dünya çempionatının keçirilməsi uğrunda mübarizədə ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliyaya qalib gəlib.
banner

Oxşar Xəbərlər