• cümə axşamı, 25 aprel, 13:37
  • Baku Bakı 23°C

Qərb gürcüləri barışdırmağa çalışır

05.03.21 17:00 801
Qərb gürcüləri barışdırmağa çalışır
Saakaşvili siyasi nüfuzunu gücləndirir
Cənubi Qafqazın iki ən narahat ölkəsi - Ermənistan və Gürcüstanda siyasi gərginlik səngimir. Qonşu dövlətlərdə vəziyyət fərqli olsa da, hər ikisində proseslərin nəzarətdən çıxa biləcəyi istisna edilmir. Ermənistandan fərqli olaraq Gürcüstanda Qərbin təsiri güclü olaraq qalır və bu səbəbdən də vəziyyətin sabitləşməsinə çalışır. Qərb bu ölkənin iqtidarı ilə müxalifətini bir araya gətirməyə cəhd göstərir. Bəlli olub ki, bu ayın sonlarında Avropa ölkələrindən birində görüş olacaq. Bir neçə gün öncə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Tbilisidə səfərdə olarkən prezident Salome Zurabişvili və baş nazir İrakli Qaribaşvili ilə görüşüb. Onlar koronavirus pandemiyası ilə bağlı mövcud durumu, eləcə də, Avropa İttifaqı ilə Gürcüstan arasında 2014-cü il Assosiativ üzvlük haqqında Sazişi müzakirə etməyə hazırlaşsalar da, söhbət başqa şeydən gedib. "Jamestown Foundation” nəşri yazır ki, Aİ-nin yüksək rütbəli rəsmisinin səfəri zamanı Gürcüstanda yaşanan siyasi böhran səbəbindən, söhbət başqa məcraya keçib. Məsələ ondadır ki, bu səfər ölkənin iri müxalifət partiyası – "Vahid Milli Hərəkat” Partiyasının sədri Nika Meliyanın həbsi fonunda baş tutub.
Yeri gəlmişkən, Gürcüstanda baş verənlər keçmiş prezident və "Vahid Milli Hərəkat”ın lideri Mixail Saakaşvilinin siyasi nüfuzunun bərpasını nümayiş etdirir. Meliyanın həbsindən əvvəl Saakaşvili xəbərdar etmişdi ki, əgər hakimiyyət onun partiyasına hücuma keçərsə, buna ən qəti vasitələrlə cavab verəcək. Saakaşvili istisna etməyib ki, kütləvi etiraz aksiyalarından sonra Ukraynadan Gürcüstana geri dönəcək. Meliyanın həbsindən sonra keçmiş prezident, İvanişvili və partiyasını ittiham edib, ölkədə diktaturanın qurulduğunu bildirib. Beynəlxalq nəzarət altında seçkilər keçirilməsini və partiyasının, xalqı mobilləşdirmə planlarından bəhs edib. Saakaşvilideyib ki, ölkəsini bürüyən hazırkı siyasi böhran onu qətiyyən təəccübləndirmir. "Current Time” portalına müsahibə verən Saakaşvili bəyan edib ki, böhrana səbəb onun özü də daxil, partiyasına qarşı hücumlardır. Saakaşvili bildirib ki, Meliyanın həbsi müxalifət üzərinə hücumun bir hissəsidir: "Əvvəlcə onlar qondarma cinayət işləri açmaqla mənim ölkəyə gəlişimi əngəllədilər. İndi isə mən partiyama rəhbərlik etmək imkanından məhrum edildikdən sonra təşkilat, lider kimi Nika Meliyanı elektron səsvermə ilə seçib. Onlar onu da qondarma ittihamla həbs ediblər: Guya Meliya iki il əvvəl mitinqdə polislə dava-dalaş salıb”. Meliyaya qarşı ittihamlar iki il əvvəl qaldırılıb. Həmin vaxt ölkədə qonaq olan Rusiya deputatı Sergey Qavrilovun Gürcüstan parlamentində spikerin kürsüsündə oturması müxalifətin hiddətinə səbəb olmuş, bunun ardınca küçə yürüşlərinə başlanmışdı. 53 yaşlı Saakaşvili deyib ki, o və Meliya VMH partiyasının hökumət tərəfindən hədəflənən yeganə üzvləri deyillər. Saakaşvili bunu da bildirib ki, Gürcüstanda ötən payız keçirilmiş parlament seçkisi hakim "Gürcü Arzusu” Partiyasının xeyrinə saxtalaşdırılıb. Lakin beynəlxalq müşahidəçilər oktyabrın 31-də keçirilmiş seçkinin, əsasən azad və ədalətli olduğunu bildiriblər.
Saakaşvili Gürcüstanda yaranmış vəziyyəti hazırda Rusiya və Belarusdakı hadisələrə bənzədib. O Qərbi, Tbilisiyə qarşı kifayət qədər sərt olmamaqda, Gürcüstanı Belarus qədər tənqid etməməkdə ittiham edib. Saakaşvili yada salıb ki, Belarusda ötən avqustda keçirilmiş seçki saxtalaşdırılanda Qərb Minskə münasibətdə daha sərt münasibət nümayiş etdirmişdi: "Qərb bu vaxtadək niyə sakit dayanıb? Bəli, indi onlar Gürcüstanda baş verənlər barədə danışmağa başlayıblar. Amma niyə sakit dayanıblar? Bu, anormal haldır. Gürcüstanda baş verənlərin Belarusda olanlardan nə fərqi var? Heç bir fərq yoxdur. Yeganə fərq burasındadır ki, Belarusdakı iqtisadi durum bir azca yaxşıdır. Qalan hər şey – həbslər, təhdidlər, müxalifətin şantaj olunması – tamamilə eynidir”.
Atlantik Şurasınınekspertləri də Gürcüstanda baş verənləri şərh edirlər. Şuranın Avrasiya Mərkəzinin direktoru, Səfir Con Herbstin fikrincə, Gürcüstanda tərəflərin hamısı de-eskalasiyaya getməlidirlər. Onun fikrincə, son 18 il ərzində Gürcüstan qaynayan demokratiya kimi formalaşır, zaman-zaman avtoritar istiqamətə meyllənir. Bu meyllənmə son bir neçə ildə, özəlliklə qabarıq görünür. "Gürcüstan hökuməti Meliyanı dərhal azad etməli, BMH ilə siyasi rəqabətini demokratik vasitələrlə idarə etməlidir. Gürcüstan demokratik dövlət olduğundan, onun NATO və Aİ-yə üzvlük niyyətlərinə dəstək verməyə dəyər. Amma əgər avtoritarizmə yuvarlansa, Gürcüstanın xeyrinə arqumentlər zəifləyir”,– o, sözlərinə əlavə edir. Atlantik Şurasının Avrasiya Mərkəzinin ştatdankənar aparıcı elmi əməkdaşı Terrel Jermen Star isə yazır ki, Meliyanın həbsinin işıqlı tərəfi gürcüstanlıların əvvəllər də oxşar prosesləri yaşamış olmasıdır: "2003-cü ildə yüz minlərlə insan küçələrə çıxaraqEduard Şevardnadzenin vəzifədən getməsinə nail oldu. Keçmiş Sovet İttifaqında çox az xalqda gürcüstanlıların azadlıq ruhu var. Bəli, pis vəziyyət yaranıb, ABŞ, baş nazir İrakli Qaribaşvili hökuməti ilə işləməli, onun yadına demokratik dəyərlərlə bağlı öhdəliyini salmalıdır. Amma yenə də, bu ölkədə yaşamış və "Qızılgül inqilabı”nın şahidi olmuş biri kimi deyirəm, özünü demokratiyada geriləməyə qarşı səfərbər edə biləcək bir xalq varsa, onlar da gürcüstanlılardır”. Bu arada ABŞ-da hər iki partiyanı təmsil edən konqresmenlər müxalifət partiyasının qərargahına reydin və partiya liderinin həbsinin "güclü narahatlıq” yaratdığını bildirib,Nika Meliyanın digər siyasi məhbuslarla birlikdə dərhal buraxılmasına çağırıb. "Siyasi motivli hərəkətlərin icrasında Gürcüstanın hüquq-mühafizə orqanları və ədliyyəsindən istifadə, Gürcüstan demokratiyasının, onun avro-Atlantik yoluna təhlükə yaradır”,– onlar qeyd edirlər. SenatorlarCim RişvəJan Şahin, Nümayəndələr PalatasındanAdam KinzingervəGerri Konnollibəyanata imza atıblar. Onlar Meliya, digər müxalifətçiGeorgi Ruruadaxil siyasi məhbusların dərhal buraxılmasına çağıraraq, qeyd edirlər ki, Gürcüstanda bütün siyasi partiyalar provokasiyaları dayandırmalı, böhranın dinc həlli üzrə danışıqlar aparmalıdırlar.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər