AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qərargah: Fevraldan indiyədək 18 milyon maska satılıb

Qərargah: Fevraldan indiyədək 18 milyon maska satılıb

Cəmiyyət
22 May 2020, 18:55 317
"Fevralın ortalarından indiyə qədər 24 milyon ədəd maska satışa çıxarılıb, 18 milyon ədəd maska satılıb”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, hazırda ölkədə 6 milyon maska ehtiyatı var: "Ölkədə hazırda gündəlik 250 min maska istehsal edilir. Ayın sonuna ölkəyə 10 milyon civarında maska idxal olanacaq”.