• şənbə, 20 Aprel, 16:23
  • Baku Bakı 23°C

“Qələbədən Qələbəyə” adlı atıcılıq turnirinə yekun vurulub - Fotolar

23.04.17 15:27 1108
“Qələbədən Qələbəyə” adlı atıcılıq turnirinə yekun vurulub - Fotolar
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin təşkilatçılığı ilə ötən ilin aprel döyüşlərinə həsr olunmuş "Qələbədən qələbəyə” adlı atıcılıq turnirinin bağlanış mərasimi keçirilib.

Əvvəlcə turnirin finalçıları yarışıblar. Finala YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin, YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin, YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin və YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin komandaları çıxıblar. Final mərhələsində YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin komandası birinciliyi qazanıb. YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin komandası 2-ci, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin komandası isə 3-cü yer əldə edib.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin və YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin komandaları isə 4-cü və 5-ci yerləri bölüşüblər. Səma Əsədova isə turnirin «Ən sərrast atıcı»sı adına, Fəxri Diploma layiq görülüb.
Turnirin bağlanış mərasimində YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov və "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin sədri Şahvələd Əliyev çıxış edərək YAP gəncləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını bildiriblər. Çıxışlarda, gənclərə hərbi vətənpərvərlik duyğularının aşılanması, onlarınn döyüşə hazırlıq keyfiyyətlərinin və psixoloji dözümlülüklərinin yoxlanılması, güllə atıcılığına marağın artırılmasının vacibliyini qeyd edilib.

Daha sonra qaliblərə kubok, diplom və hədiyyələr təqdim olunub.




banner

Oxşar Xəbərlər