• cümə, 29 Mart, 16:07
  • Baku Bakı 14°C

Qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması ilə bağlı işçi görüş keçirilib

11.09.17 15:00 1040
Qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması ilə bağlı işçi görüş keçirilib
"Azərbaycanda iki il sonra qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması istiqamətində işçi görüş keçirilib”.
APA-nın xəbərinə görə, təhsil naziriMikayıl Cabbarovbildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüş təşkil olunub. Onun sözlərinə görə, ictimaiyyət bu prosesin mərhələləri ilə bağlı məlumatlandırılacaq.
Nazir qeyd edib ki, təklif olunan formata dair məlumatlar ictimaiyyətə açıqlanacaq: "Təhsil Nazirliyivə Dövlət İmtahan Mərkəzi imtahanlarda tətbiq olunacaq yeniliklə bağlı birlikdə işlər aparır. Azərbaycanın məktəblərində 9 il öncə yeni proqram - kurikkulum tətbiq edilib. Layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daima həyata keçirilir”.
banner

Oxşar Xəbərlər