Qəbələdə IV beynəlxalq mürəbbə festivalı keçirilir - Fotolar
Bu gün Qəbələdə IV beynəlxalq mürəbbə festivalı açılıb.Trend bu barədə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.
Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda Azərbaycanın 29 şəhər və rayonu, eləcə də 10-dək xarici ölkə təmsil olunur.
Münsiflər heyəti üzvlərinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Son illər müxtəlif beynəlxalq mədəni tədbirlərə, festivallara ev sahibliyi edən Qəbələdə mürəbbə ustalarının yarışması ilk dəfə 2013-cü ildə keçirilib.