• cümə axşamı, 18 aprel, 11:30
  • Baku Bakı 12°C

Qəbələdə “Furioso” kvartetinin kamera konsertində Avropa bəstəkarlarının əsərləri səsləndirilib

30.07.17 19:45 1571
Qəbələdə “Furioso” kvartetinin kamera konsertində Avropa bəstəkarlarının əsərləri səsləndirilib
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq”in dəstəyi ilə Qəbələdə keçirilən IX Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, Litva və Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər və solistlərin iştirak edir.
APA-nın yerli bürosunun xəbərinə görə,IX Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilir.
Bu gün proqrama uyğun olaraq Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olub. Bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə pianoda bəstəkar G.Enesku, V.A.Motsart, A.Dvorjak, F.Şopen, K.Debüssinin əsərlərini səsləndirib. "Furioso” kvartetinin musiqisevərlər üçün konserti də böyük marağa səbəb olub. Məlumat verilib ki, "Furioso” kvarteti Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanı, professor Nazmiyyə Abbaszadənin rəhbərliyi və tələbələr Süleyman Babakişizadə (violin), Zərifə Alxasova (violin), Üzeyir Mahmudbəyli (viola), Murad İbrahimov (violonçel) və Kəmalə Neymanovanın (piano) iştirakı ilə 2011-ci ildən fəaliyyətə başlayıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq”in dəstəyi ilə Qəbələdə keçirilən IX Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatacaq.
banner

Oxşar Xəbərlər