• şənbə, 20 Aprel, 20:08
  • Baku Bakı 24°C

Qəbələdə atıcılıq üzrə Dünya Kubokunda 3 növ üzrə yarışın qalibləri müəyyənləşib

11.06.17 19:43 1398
Qəbələdə atıcılıq üzrə Dünya Kubokunda 3 növ üzrə yarışın qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyinin dəstəyi, "Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir.
APA-nın yerli bürosunun xəbərinə görə iyunun 11-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində atıcılığın daha 3 növü üzrə yarışlar keçirilib və qaliblər məlum olub.
Oğlanlar arasında yerə uzanaraq kiçik çaplı tüfəngdən 50 metr məsafədə yerləşən hədəfə atəş açma yarışında Danimarka atıcısı Torben Qrimmel qızıl, Boqarıstan idmançısı Yuri Şerbatevic gümüş, Belarus təmsilçisi Lionel Coks bürünc medal qazanb. Tapançadan 10 metr məsafəyə atəş açma yarışında qadınlardan Avstriya idmançısı Silviya Steyner birinci, Rusiya atıcısı Vitalina Batsaraşkina ikinci, Meksika təmsilçisi Alexandra Vazquez Zavala üçüncü, kişilərdən isə Çin idmançısı Vei Yanq birinci, Yaponiya atıcısı Tomoyuki Matsuda ikinci və Ukraynalı Oleq Omelçuk üçüncü yeri tutub. Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndələri və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib.
İyunun 12-də kişi və qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəş açma yarışları da keçiriləcək.
Qeyd edək ki, 30 idmançı ilə bu yarışlara qatılan Çin komandası 6 medalla 45 ölkə arasında birinci yerdədir. Serbiya və Ukrayna komandaları isə II-III yerləri tutur. İyunun 14-dək davam edəcək bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparır. Artıq 8 dəst medal sahibinə təqdim edilib. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirirlər. Azərbaycanı bu mötəbər yarışda 10 idmançı təmsil edir.
Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qalibləri bu ilin oktyabrında Hindistanda keçiriləcək final yarışında iştirak edəcəklər. Artıq indiyədək Milutin Stefanoviç (Serbiya), Xinyi Penq (Çin), Yuemesi Lin (Çin), Oleq Omelçuk (Ukrayna), Kristian Reits (Almaniya), Torben Qrimmel (Danimarka), Silviya Steyner (Avstriya), Vei Yanq (Çin) qızıl medal qazanaraq Dünya Kuboku yarışlarının final mərhələsinə vəsiqə qazanıb .
banner

Oxşar Xəbərlər