• cümə, 29 Mart, 18:15
  • Baku Bakı 14°C

Qəbələdə Almaniyanın “Millətlər Filarmoniyası” orkestrinin konserti keçirilib

26.09.16 12:44 995
Qəbələdə Almaniyanın “Millətlər Filarmoniyası” orkestrinin konserti keçirilib
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qəbələ şəhərində Almaniyanın dünya şöhrətli "Millətlər Filarmoniyası” orkestrinin konserti olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Almaniyanın tanınmış dirijoru, pianoçu və solisti Yustuz Frantzın rəhbərliyi ilə keçirilən konsertdə dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Bethoven, Şopen və Vivaldinin əsərləri ifa edilib. Orkestri skripkada Avropa və Rusiyanın tanınmış musiqiçisi, Yustuz Frantzın həyat yoldaşı Kseniya Dobrovskaya müşayiət edib. Orkestrin repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinin ifası tamaşaçıların böyük marağına səbəb olub və musiqiçilər ayaq üstdə alqışlanıb.İki saat davam edən konsertdə 1200-ə yaxın tamaşaçı iştirak edib.

Konsertdə məlumat verilib ki, "Millətlər Filarmoniyası” il ərzində dünyanın müxtəlif şəhərlərində 200-ə yaxın konsert verir. Orkestr növbəti konsert üçün Gürcüstana yola düşüb.
banner

Oxşar Xəbərlər