• çərşənbə, 17 Aprel, 01:45
  • Baku Bakı 14°C

"Qəbələ" və "Qarabağ"ın rəqibləri bəlli oldu

26.08.16 17:16 1993
"Qəbələ" və "Qarabağ"ın rəqibləri bəlli oldu

UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Monakoda baş tutan tədbirdə həlledici mərhələnin 48 iştirakçısının rəqibi bəlli olub.

Bu klublar hərəsində 4 komanda olmaqla 12 qrupa bölünüb. Ötən mövsüm olduğu kimi, yenidən qrup mərhələsinə yüksələn Azərbaycan klublarının da rəqibləri bilinib.

"Qəbələ” C qrupunda "Anderlext” (Belçika), "Sent-Etyen” (Fransa) və "Mayns”la (Almaniya) mübarizə aparacaq. "Qarabağ” isə J qrupunda "Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və "Slovan”la (Çexiya) qüvvəsini sınayacaq.

Bu mərhələnin oyunlarına sentyabrın 15-də start veriləcək. Növbəti oyunlar sentyabrın 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, dekabrın 6-da baş tutacaq.

Qeyd edək ki, İsveçin "Höteborq” klubunu keçən "Qarabağ” (0:1, 3:0) ardıcıl üçüncü, Sloveniya "Maribor”unu yolundan kənarlaşdıran (3:1, 0:1) "Qəbələ” isə ikinci dəfə qitənin nüfuzuna görə ikinci ən böyük turnirinin əsas raundunda mübarizə aparacaq.

Avropa Liqası
Qrup mərhələsi

A qrupu
"Mançester Yunayted” (İngiltərə)
"Fənərbaxça” (Türkiyə)
"Feyenoord” (Hollandiya)
"Zarya” (Ukrayna)

B qrupu
"Olimpiakos” (Yunanıstan)
APOEL (Kipr)
"Yanq Boyz” (İsveçrə)
"Astana” (Qazaxıstan)

C qrupu
"Anderlext” (Belçika)
"Sent-Etyen” (Fransa)
"Mayns” (Almaniya)
"Qəbələ” (Azərbaycan)

D qrupu
"Zenit” (Rusiya)
"Alkmaar” (Hollandiya)
"Makkabi” (Təl-Əviv, İsrail)
"Dandalk” (İrlandiya)

E qrupu
"Viktoriya” (Çexiya)
"Roma” (İtaliya)
"Austria” (Avstriya)
"Astra” (Rumıniya)

F qrupu
"Atletik” (İspaniya)
"Genk” (Belçika)
"Rapid” (Avstriya)
"Sassuolo” (İtaliya)

G qrupu
"Ayaks” (Hollandiya)
"Standard” (Belçika)
"Selta” (İspaniya)
"Panatinaikos” (Yunanıstan)

H qrupu
"Şaxtyor” (Ukrayna)
"Braqa” (Portuqaliya)
"Gent” (Belçika)
"Konyaspor” (Türkiyə)

İ qrupu
"Şalke” (Almaniya)
"Zalsburq” (Avstriya)
"Krasnodar” (Rusiya)
"Nitsa” (Fransa)

J qrupu
"Fiorentina” (İtaliya)
PAOK (Yunanıstan)
"Slovan” (Çexiya)
"Qarabağ” (Azərbaycan)

K qrupu
"İnter” (İtaliya)
"Sparta” (Çexiya)
"Sauthempton” (İngiltərə)
"Hapoel” (Beer-Şeva, İsrail),

L qrupu
"Vilyareal” (İspaniya)
"Styaua” (Rumıniya)
"Sürix” (İsveçrə)
"Osmanlıspor” (Türkiyə)

banner

Oxşar Xəbərlər