• cümə, 29 Mart, 11:09
  • Baku Bakı 5°C

“Qəbələ” – “Panatinaikos” oyununun biletləri satışa çıxarılıb

31.07.17 20:22 1495
“Qəbələ” – “Panatinaikos” oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə UEFA Avropa Liqasının təsnifat mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək "Qəbələ” – "Panatinaikos” (Yunanıstan) oyununun biletləri satışa çıxarılıb.
AZƏRTACxəbər verir ki, biletləri iyulun 31-i saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik” metrosunun yaxınlığı) və "Bakcell Arena”nın kassalarından almaq mümkündür.
Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Avqustun 3-də "Bakcell Arena”da keçiriləcək "Qəbələ” – "Panatinaikos” matçı saat 21:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər