• cümə, 29 Mart, 17:09
  • Baku Bakı 14°C

“Qəbələ” komandası AZAL-ı məğlub edərək liderliyi ələ keçirib

08.02.17 17:55 1186
“Qəbələ” komandası AZAL-ı məğlub edərək liderliyi ələ keçirib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
AZƏRTACxəbər verir ki, iki gün davam edəcək turun ilk oyun günündə liderlər meydana çıxacaqlar.
Turun açılış oyunu Qəbələdə keçirilib. Eyniadlı komanda turnir cədvəlinin sonuncusu AZAL-ı qəbul edib. Liderdən cəmi bir xal geri qalan "Qəbələ” futbolçusu Filip Ozobiçin dubl ilə qalib gəlib – 2:0. O, 64-cü dəqiqədə penaltı cəriməsini dəqiq yerinə yetirib. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə isə yenidən adını tabloya yazdıraraq "Qəbələ”yə 3 xalı qazandırıb.
Beləliklə, qələbə sayəsində xalını 38-ə yüksəldən Roman Qriqorçukun komandası yalnız lider "Qarabağ”ın xal itirdiyi təqdirdə turnir cədvəlinə başçılıq edəcək.
banner

Oxşar Xəbərlər