AZE | RUS | ENG |


"Qəbələ" klubu ardıcıl 4-cü mövsüm Avropa kuboklarına vəsiqə sahibi və Premyer Liqanın medalçısı olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir medalçı və Avropa kuboklarına vəsiqə qazanan növbəti klubun adı müəyyənləşib.

"Report"un məlumatına görə, bu, hazırda 2-ci pillədə gedən "Qəbələ"dir. Roman Qriqorçukun baş məşqçi olduğu komanda XXIII turda səfərdə AZAL-la 1:1 hesablı heç-heçə edərək, xallarını 47-yə çatdırıb. 4-cü pillədəki "Zirə" də "Qarabağ"la qarşılaşmadan 1 xalla ayrılıb - 0:0. Beləliklə, "Qəbələ"nin çempionatı avrokuboklara vəsiqə verən ilk "3-lük"də başa vuracağı dəqiqləşib. Başqa sözlə, "qırmızı-qaralar" ardıcıl 4-cü mövsüm medalçılar sırasında yerini təmin edib.

Amma əvvəlki 3 ildə "Qəbələ" yalnız bürünc medalla kifayətlənibsə, bu dəfə nəinki gümüş, hətta qızıl medal qazanma şanslarına malikdir. Lakin "qırmızı-qaralar"ın 2-ci yeri təmin etməsi XXV, çempionluğa yiyələnməsi isə XXVI turdan tez gerçəkləşməyəcək. Təbii ki, bunun üçün 3-cü pillədəki "İnter" növbəti 2, lider "Qarabağ" isə növbəti 3 turda uduzmalı, Roman Qriqorçukun komandası isə meydanı yalnız 3 xalla tərk etməlidir.

Qeyd edək ki, avrokuboklara ilk vəsiqəni XXII turda "Qarabağ" qazanıb. Reqlamentə əsasən, daha 2 vəsiqəni bürünc medalçı ilə Azərbaycan Kubokunun sahibi təmin etməlidir. Kuboka ilk "3-lük"dəki komandalardan biri sahib çıxsa, 4-cü vəsiqə 4-cü pillənin sahibinə qismət olacaq. Hazırda 3-cü pillədə 39 xalla "İnter", 4-cü pillədə isə 30 xalla "Zirə" qərarlaşıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025