• cümə, 19 Aprel, 23:02
  • Baku Bakı 24°C

“Qazprom” Türkiyə bazarını tərk edə bilər

28.06.17 11:48 825
“Qazprom” Türkiyə bazarını tərk edə bilər
"Qazprom” Qrupu "Bosphorus gas” və "Akfel Holding”dəki paylarını sata bilər.

"APAEconomics” Rusiyanın "Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu şirkətlərdəki payını satacağı təqdirdə Rusiya şirkəti Türkiyənin daxili bazarından tamamiləçıxacaq. Bununla da, "Qazprom” Qrupu Türkiyə üçün yalnız qaz ixracatçısı olaraq qalacaq.

Məlumata görə, "Qazprombank” Rusiya qazını Türkiyəyə ixrac edən əsas şirkətlərdən olan "Enerco” və "Avrasiya”danəzarət paketinə sahib olan "Promak”dakı payından imtina etmək üçün hazırlıq görür. Qeyd edək ki, "Promak” "Qazprombank” və "Akfel Holding”in birgə müəssisəsi olaraq təsis edilib.

Mütəxəssislər hesab edir ki, Türkiyənin daxili bazarını tərk etməsi qiymət mübahisələrində "Qazprom”un mövqeyini gücləndirəcək. Bu, Rusiya şirkətinin təchizat biznesində birbaşa maraqlarının olmayacağı ilə izah edilir.

Xatırladaq ki, bu ilin may ayının əvvəlində "Qazprom” "Türkiyə axını”nın dəniz hissəsində inşaat işlərinin başlandığını bəyan edib. Boru kəmərinin iki qolunun gücü 15,75 mlrd. kubmetr təşkil edəcək. Tikinti işləri 2019-cuilin sonlarında başa çatacaq.
banner

Oxşar Xəbərlər