• cümə, 29 Mart, 16:05
  • Baku Bakı 14°C

Qazaxıstanlı proqramçılar Azərbaycan dilində mobil oyun hazırlayıblar

10.10.19 12:00 492
Qazaxıstanlı proqramçılar Azərbaycan dilində mobil oyun hazırlayıblar
Qazaxıstanın İT proqramçıları Azərbaycan dilində "İQ uşaq” mobil oyunu hazırlayıblar.
Proqramın yaradıcılarından "QazNat” şirkətinin rəhbəri Almas TapiyevAZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, oyunda körpələrin maraq dairəsinə uyğun mövzulara müraciət edilib.
"Uşaqlarda son zamanlar mobil telefonlara, elektron qurğulara həddindən çox maraq yaranıb. Onların bundan səmərəli istifadə etməsi, maariflənməsi üçün bu cür oyunlar valideynlərə kömək edəcək. Qonşu ölkələrlə maraqlandıq bu sahədə mobil oyunların azlıq təşkil etdiyini öyrəndikdən sonra "İQ bala” "İQ uşaq” proqramını hazırlamaq qərarına gəldik”.
Almas Tapiyev bu proqramın yaranmasını Qazaxıstanın latın əlifbasına keçdikdən sonra ölkədə qazax dilində keyfiyyətli proqramların olmamasından irəli gəldiyini bildirib.
Mütəxəssis deyib ki, qazax və Azərbaycan dillərinin oxşarlığı işin gedişatını daha da asanlaşdırıb. Yaxın iki həftədə proqramın tam versiyası buraxılacaq. Oyunun test variantı artıq hazırdır.
Pulsuz proqram hamının istifadəsi üçün açıq olacaq. Proqram bir yaşından yuxarı, yəni danışmağa başlayan uşaqlar üçün nəzərdə tutulub. Məqsəd onlarda doğma dili daha da təkmilləşdirməkdir.
Oyunda müxtəlif mövzular üzrə test sualı mövcuddur. Oyunçular smartfonlarından ayrılmadan öyrənmək və əylənmək imkanı qazanacaq. Oyunda insan bədəni, rənglər, heyvanlar aləmi kimi mövzular sırf uşaqların intelektual biliklərinin yeni texnologiyaların köməyi ilə artırılmasına fokuslanıb.
Proqramın Azərbaycan dilinə tərcüməsini Nur-Sultan şəhərinin Linqvistika məktəbinin rəhbəri və müəlliməsi Nərgiz Kərəmova edib. O deyib: "Azərbaycan dili çox zəngindir, buna görə də "QazNat” şirkəti proqramın tərcüməsi üçün müraciət edəndə çalışdım uşaqların anlayacağı və yadda saxlaya biləcəkləri sözlərdən istifadə edim”.
Qeyd edək ki, 10 günə başa gələn tərcüməni məktəbin şagirdi Ümid səsləndirib.
banner

Oxşar Xəbərlər