• cümə axşamı, 28 mart, 13:05
  • Baku Bakı 16°C

Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməz

25.09.20 20:38 480
Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməz
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) resursları ərazi münaqişələrində istifadə oluna bilməz.
Bunu Trend-ə qazaxıstanlı politoloq Dosım Satpayev Ermənistanın kömək üçün KTMT-yə müraciətini şərh edərkən deyib.
O qeyd edib ki, KTMT-nin nizamnaməsinə əsasən, bu təşkilat hər hansı siyasi və hərbi oyunlar üçün istifadə oluna bilməz:
"Bu təşkilatın səyləri hansısa üzv istəyir deyə istifadə oluna bilməz. Bu qurum yalnız xarici təcavüz halında öz üzvlərinə dəstək göstərə bilər. Amma söhbət ərazi mübahisələrindən gedirsə, bu, KTMT-nin səlahiyyətlərinə daxil deyil, çünki bu cür məsələlər diplomatik yolla həll olunmalıdır”.
Politoloq xatırladıb ki, Qazaxıstan hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin fəal tərəfdarı olub:
"Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu prioritet hesab edir”.
banner

Oxşar Xəbərlər