• cümə axşamı, 25 aprel, 19:14
  • Baku Bakı 21°C

Qazaxıstanın tanınmış ifaçısı Bakıda klipini təqdim etdi

17.06.17 18:13 1376
Qazaxıstanın tanınmış ifaçısı Bakıda klipini təqdim etdi
Qazaxıstanın tanınmış ifaçısı, həmyerlimiz Naili İmran Bakıda ilk klip təqdimatını keçirdi. Təqdimatda Naili İmran barədə məlumat verildi və onun Qazaxıstanda olan yaradıcılıq fəaliyyəti ilə bağlı videoçarx təqdim olundu. Təqdimatda həmçinin Naili İmranın prodüser Tural Nəsirovla iş birliyinə başlaması, onların gələcək planları haqqında məlumat verildi.
Qeyd edək ki, "Gizləyə-gizləyə” mahnısına çəkdirdiyi klipin rejissoru Emil Babayevdir. Mahnının sözləri Məlahət Kərimqızına, arenjemanı Rübail Əzimova aiddir.


banner

Oxşar Xəbərlər