• cümə, 29 Mart, 03:35
  • Baku Bakı 7°C

Qazaxıstanın iri bankı Azərbaycan bazarına daxil olmaq niyyətindədir

14.03.17 09:45 1011
Qazaxıstanın iri bankı Azərbaycan bazarına daxil olmaq niyyətindədir
Qazaxıstanın "Avrasiya Bankı" ("Eurasian Bank") Azərbaycan bazarına daxil ola bilər. "APA-Economics" xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Pavel Loginov "Forbes" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, beynəlxalq ekspansiya bankın strategiyasının tərkib hissəsidir: "Hazırda biz hansısa bir bankla konsolidasiya olunmağı və ya bank almağı planlaşdırmırıq. Lakin səhmdarlarımız bizim qarşımızda mütəmadi olaraq hər hansı bir bankı dəyərləndirmək kimi məqsəd qoyur. Hazırda biz Qazaxıstan və Rusiya bazarlarında təmsil olunuruq. Məqsədimiz Avrasiya məkanında tranzaksiya habına çevrilməkdir. Bundan başqa, əsas məqsədlərimizdən biri də Özbəkistan, Qırğızıstan, Azərbaycan və Gürcüstan bazarlarına daxil olmaqdır. Hələlik hər hansı tarix açıqlaya bilmərəm, bununla bağlı danışmaq tezdir".
Qeyd edək ki, "Avrasiya Bankı" 1994-cü ildə təsis olunub. Bank aktivlərin həcminə görə TOP-10-a daxildir.
Bankın səhmlərinin 100% "Avrasiya maliyyə şirkəti" ASC-yə məxsusdur.
banner

Oxşar Xəbərlər