• çərşənbə axşamı, 23 aprel, 19:15
  • Baku Bakı 20°C

Qazaxıstanın hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirib-YENİLƏNİB

12.06.16 12:23 1381
Qazaxıstanın hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirib-YENİLƏNİB
Qazaxıstanın hüquq-mühafizə orqanları xüsusi əməliyyat zamanı Aktobedə silahlı hücumda şübhəli bilindiklərinə görə axtarışa verilən son üç nəfəri yaxalaya bilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü respublikanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Bundan öncə Aktübinski vilayətində sözügedən hadisələrdə şübhəli bilinən iki nəfərin saxlandığı barədə məlumat verilmişdi.
Antiterror Mərkəzinin məlumatına görə, "yerdə qalan cinayətkarların Jamankulov – Puşkin küçələrinin kəsişdiyi ərazidə olması ehtimalına dair məlumat əldə olunub, yoxlama zamanı bu öz təsdiqi tapıb".
"Görülən tədbirlər sayəsində Kuanışbayev, Tanatarov və Akpanbetov saxlanılıb. Qaçmaq istəyən zaman Akpanbetov ayağından odlu silah yarası alıb", — deyə məlumatda bildirilir.
Xüsusi əməliyyat zamanı iyunun 5-də "Pallada" mağazasına hücum zamanı oğurlanan iki ədəd silah götürülüb.
İyunun 5-dəbir qrup silahlı şəxs Aktobedə iki silah mağazası və bir hərbi hissəyə hücum edib. Nəticədə 6 nəfər öldürülüb, 10 nəfərdən çox insan yaralanıb. Bundan əvvəl verilən məlumata görə, hücum edən ekstremistlərdən 13 nəfəri öldürülüb, 4-ü yaralanıb, 7 nəfər axtarışdadır.

Qeyd olunur ki, Aktobe şəhərində silah mağazalarına və hərbi hissəyə hücum edən terrorçuların məqsədi silah ələ keçirdikdən sonra islah müəssisəsinə və dövlət orqanlarının inzibati binalarına hücum etmək olub.

APA-nın "Novosti-Kazaxıstan” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Aktobedə keçirilən mətbuat konfransında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədrinin müavini Nurqali Bilisbekov bildirib.

N.Bilisbekov bildirib ki, terrorçulara anında reaksiya verilməsi və hüquq-mühafizə orqanlarının peşəkarlığı onların niyyətlərinə çatmasının qarşısını alıb. Komitə sədrinin müavini Aktobedə 9 cinayətkarın saxlanıldığını, 18 cinayətkarın öldürüldüyünü də söyləyib. Olayla bağlı terrorçulara qarşı açılan 25 cinayət işi bir cinayət işində birləşdirilib.

banner

Oxşar Xəbərlər