Qazaxıstanda hərbi xidmətə çağırış dayandırılıb
 
                    
                        Qazaxıstanda yeni koronavirus səbəbindən hərbi xidmətə yaz çağırışı və bir il xidmət edən əsgərlərin tərxis edilməsi dayandırılıb.
                                            
                                            
                                    AZƏRTACxəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi fövqəladə vəziyyət tətbiq edilməsi ilə əlaqədar olaraq 2020-ci ilin yazında hərbi xidmətə çağırışı və əsgərlərin tərxis edilməsini dayandırıb.
Martın 24-də çərşənbə axşamı günü ölkədə koronavirus 69 yoluxma faktı təsdiqlənib.
 
                 
         Bakı 19°C
 Bakı 19°C
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                