• çərşənbə axşamı, 19 mart, 09:43
  • Baku Bakı 8°C

Qazaxıstan XİN Azərbaycan-Ermənistan sərhədində baş verənlərə görə narahatlığını bildirib

14.07.20 09:00 473
Qazaxıstan XİN Azərbaycan-Ermənistan sərhədində baş verənlərə görə narahatlığını bildirib
"Qazaxıstan Respublikası Azərbaycan-Ermənistan sərhədində insan itkisi ilə nəticələnən silahlı insidentdən dərin narahatdır”.
APAxəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Qazaxıstan XİN tərəfləri təmkinli davranmağa çağırıb:
"Biz dost Azərbaycan Respublikasını və Ermənistan Respublikasını təmkinli olmağa və mübahisəli məsələlərin həlli üçün güc tətbiq etməkdən yayınmağa çağırırıq.
COVID-19 pandemiyası və dünyada pisləşən sosial-iqtisadi vəziyyət fonunda qarşıdurmanın daha da kəskinləşməsi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər.
İlk növbədə sülh və razılaşmanın ikitərəfli formatda mümkün qədər tez əldə olunacağına ümidvar olduğumuzu bildiririk. Münaqişənin BMT, ATƏT, MDB və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə platformaları da daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində sülh yolu ilə həlli yollarının axtarılmasına hər cür töhfə verməyə hazırıq”.
banner

Oxşar Xəbərlər