• cümə, 29 Mart, 13:14
  • Baku Bakı 14°C

Qazaxıstan sərhədçiləri azərbaycanlıya məxsus 2 milyon dollar dəyərində qaçaqmal zinət əşyası aşkarlayıb

21.08.17 14:57 1706
Qazaxıstan sərhədçiləri azərbaycanlıya məxsus 2 milyon dollar dəyərində qaçaqmal zinət əşyası aşkarlayıb
Qazaxıstanda,havalimanında azərbaycanlıya məxsus 2 milyon dollar dəyərində qaçaqmal aşkarlanıb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, beynəlxalqhavalimanında sərhəd yoxlanışı zamanı ümumi çəkisi 48 kq olan iki çantaya baxış keçirilib. Həmin çantalar İstanbuldan Qazaxıstana uçan azərbaycanlının adına qeydə alınıb: "Yoxlama zamanı 11,786 ədəd zinət əşyası aşkar edilib. Onların 32 kiloqramı sarı və 16 kiloqramı boz metal olub. Qaçaqmalın ümumi dəyəri 2 milyon dollar təşkil edir”.

1980-ci il təvəllüdlü azərbaycanlı saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
banner

Oxşar Xəbərlər