• cümə axşamı, 18 aprel, 19:28
  • Baku Bakı 21°C

Qazaxıstan prezidenti müdafiə nazirinə şiddətli töhmət verib

15.07.19 14:30 16902
Qazaxıstan prezidenti müdafiə nazirinə şiddətli töhmət verib
Qazaxıstan PrezidentiKasım-Jomart TokyevArıs şəhərindəki sursat anbarında baş vermiş partlayışla əlaqədar ölkənin müdafiə naziriNurlan Yermekbayevə şiddətli töhmət elan edib.
Bu barədə "Report" "Kazinform"a istinadən xəbər verir.
Qazaxıstan hökumətinin geniştərkibli iclasında dövlət başçısı başverənlərə görə günahkar olanlarının hamısının cəzalandırılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, iyunun 24-də səhər saatlarında Arısda yerləşən hərbi hissənin sursat anbarında yanğın olub və bu, partlayışlara səbəb olub. İki hərbçi olmaqla, üç nəfər ölüb.
banner

Oxşar Xəbərlər