• şənbə, 20 Aprel, 02:38
  • Baku Bakı 15°C

Qazaxıstan dini radikalizmlə mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

13.05.17 14:45 758
Qazaxıstan dini radikalizmlə mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz QurbanlıQazaxıstanın Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Arın Berik Saqbayulını qəbul edib.
KomitədənAPA-ya verilən məlumata görə, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən M.Qurbanlı Azərbaycanda dinindən, məzhəbindən, etnik mənsubiyyətindən asılı olmayaraq insanların sabitlik, tolerantlıq və multikulturalizm şəraitində yaşamalarına diqqət çəkərək, bunu ölkəmizin ən böyük nailiyyətlərindən biri olduğunu vurğulayıb.
Sədr qeyd edib ki, Azərbaycanda mədəniyyətlərarsı dialoq, tolerantlıq və multikulturalizm dövlət siyasətinin prioritet sahələridir və ölkəmiz bu istiqamətdə artıq uzun illərdir bir sıra qlobal forumlara ev sahibliyi edir. Prezidentİlham Əliyevtərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edildiyini xatırladan M.Qurbanlı ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də möhtəşəm açılış mərasiminin baş tutduğunu diqqətə çatdırıb.
Öz növbəsində qonaq ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bildirib və qeyd edib ki, təmsil etdiyi nazirlik Azərbaycanın dini konfessiyaları, icmaları, eləcə də Azərbaycan dövlətinin din siyasətinin, dini radikalizmlə və ekstremizmlə mübarizə sahəsində təcrübəsinin dərindən öyrənilməsində maraqlıdır. Qonaq Qazaxıstanda bu sahədə aparılan işlər barədə məlumat verib.
Görüş zamanı dini və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, hər iki ölkənin dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac olduğu qeyd olunub.
banner

Oxşar Xəbərlər