• çərşənbə, 24 Aprel, 13:04
  • Baku Bakı 27°C

Qazaxda qumbara saxlayan şəxs tutulub

23.03.17 11:23 938
Qazaxda qumbara saxlayan şəxs tutulub
Qazaxda qumbara saxlayan şəxs tutulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsində silsilə oğurluq törətdiyinə görə şübhəli şəxs kimi saxlanılan 25 yaşlı Abdalov Sənan istintaqa ifadəsində istifadəyə yararlı F1 əl qumbaranı könüllü şəkildə təhvil vermək istədiyini deyib.

Araşdırma nəticəsində məlum olub ki, qumbaranı S. Abdalova Qazax rayon sakini Hətəm Rəfiyev verib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, S. Abdalov və Quliyev Orxan İlqar oğlu rayonda kompüter satışı mağazasından iki ədəd notbuk və ötən ilin dekabrında iki ədədtelevizor oğurladıqlarına görə saxlanılıblar.
banner

Oxşar Xəbərlər