• şənbə, 20 Aprel, 08:27
  • Baku Bakı 14°C

Qazaxda ağır qəza olub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

19.11.17 13:42 4136
Qazaxda ağır qəza olub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bakı-Qazax-Gürcüstanın magistralının Qazax şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası olub.

APA-nın Qərb bürosunun məlumatına görə, sürətli hərəkətdə olan "Opel” markalı minik avtomobili digər minik avtomobili toqquşub.

Qəza nəticəsində 6 nəfər bədən xəsarəti alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri – Qazax rayon sakini, 1993-cü il təvəllüdlü Abayev Allahverdi Rasim oğludünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər