• çərşənbə, 24 Aprel, 18:55
  • Baku Bakı 23°C

Qayıtmasa 3,2 milyon avro cərimələnəcək

18.08.17 14:15 1198
Qayıtmasa 3,2 milyon avro cərimələnəcək
"Çelsi”nin hücumçusu Dieqo Koşta hələ də komandanın düşərgəsinə qayıtmayıb.
O, Braziliyada - qohumlarının yanındadır və fərdi qaydada məşq edir. "Çelsi” Koştaya gənclər komandası ilə məşq etməyə göstəriş versə də, hücumçu bundan imtina edib.
Klub buna görə onu 300 min avro cərimə edib. Kaspi.az xəbər verir ki, "Çelsi” rəhbərliyi bu dəfə daha sərt addım atmağı planlaşdırır. Əgər futbolçu komandanın düşərgəsinə qayıtmasa, 3,2 milyon avro cərimə ediləcək.
Koştanın "Çelsi”dəki illik məvacibi 7 milyon avrodur.
banner

Oxşar Xəbərlər