Qayıtmaq üçün “Barsa”nın qarşısında şərt qoydu
"Milan”ın hücumçusu Xerard Deulofeu "Barselona”ya qayıtmağa etiraz
etmir.
Kaspi.az xəbər verir ki, futbolçu Kataloniya klubuna qayıtmaq üçün
bəzi şərtlər irəli sürüb. Deulofeu ilk növbədə gələcəyi üçün komandada təminat
tələb edir.
O, transfer əməliyyatları zamanı xırda pul olmaq istəmir. Hücumçu
daimi oyun təcrübəsinin olmasını da şərt kimi irəli sürüb.
Deulofeunun transfer hüququ "Everton”a məxsusdur. "Barselona” 12
milyon avro ödəsə, onu almaq hüququna sahibdir.